Ukrayna iyulun 27-də səhər saatlarında dronlarla Udmurtiya ərazisinə hücum edib. Respublika başçısı Aleksandr Breçalov dron hücumunu bölgədə "son dövrlərdə ən kütləvi hücum" adlandırıb. O, heç kimin xəsarət almadığını bildirib.
"Astra" şahidlərə istinadən bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hədəfi Udmurtiyanın Kambarski rayonunun Borok kəndində yerləşən Dövlət Ehtiyatları üzrə Federal Agentliyə (Rosrezerv) məxsus Prioritet zavodu (əvvəllər Qorizont kimi tanınırdı) olub. Bu, neft anbarı kimi xidmət edən qapalı strateji obyektdir. Obyekt hərbiləşdirilmiş mühafizə altındadır. O, fövqəladə hallar və ya hərbi ehtiyaclar üçün yanacaq, neft məhsulları və sürtkü yağlarının uzunmüddətli saxlanması üçün nəzərdə tutulub. Rosrezerv zavoduna edilən hücum Ukraynanın "Supernova+" monitorinq kanalı tərəfindən də təsdiqlənib.
Tahir TAĞIYEV