Bazar ertəsi günü, 14 sentyabr 2026
     

Avropanın böyük ölkələrinin Aİ-ni ələ keçirmək planı… Gürcü spiker üsyan etdi – “artıq üzvlüyün nə mənası var?”

Image


“Avropanın böyük ölkələrinin Avropa İttifaqını ələ keçirməyi planlaşdırdıqlarına dair təəssürat gedərək daha da möhkəmlənir. Bu da yalnız Avropanın siyasi tarazlığına və genişlənmə prosesinə deyil, həm də Avropa İttifaqının üzərində qurulduğu və bu günə qədər gəldiyi dəyərlərə fundamental təhlükə yaradacaq”. Bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqında qərarların yekdilliklə qəbul edilməsi - bir ölkənin birgə qərarın qəbuluna mane olan qaydanın ləğvini təklif edib. Vadefulun sözlərinə görə, Aİ-nin xarici və təhlükəsizlik siyasəti ilə bağlı qərarlar səs çoxluğu ilə qəbul edilməlidir.

Papuaşvilinin sözlərinə görə, Almaniyanın xarici işlər nazirinin təşəbbüsünə artıq 12 ölkə qoşulub. O, hesab edir ki, əgər bu təşəbbüs reallaşarsa, Avropa İttifaqı demək olar ki, zəmanətli şəkildə bərabərhüquqlu üzvlərin birliyindən böyük dövlətlər tərəfindən idarə olunan birliyə çevriləcək.

“Üzvlük ölkənin öz dövlətçilik maraqlarını daha etibarlı şəkildə qoruması, imkanlarını genişləndirməsi və beynəlxalq qərarlara yalnız öz ölçüsü, iqtisadi çəkisi və siyasi resursları ilə əldə edə bilməyəcəyi təsiri göstərməsi üçün vasitədir.

Kiçik dövlətlər üçün bu imkanın ən başlıca zəmanəti konsensus prinsipidir. Məhz konsensus qaydası kiçik ölkənin səsinin böyük dövlətlərin maraqları və əksəriyyətin hesabı arasında itməməsini təmin edir. O, kiçik dövlətə özünə zərər vuran qərarı bloklamaq və öz milli maraqlarının nəzərə alınmasını tələb etmək hüququ verir” - deyən gürcü spiker hesab edir ki, əgər konsensus prinsipi ləğv edilərsə və qərarların qəbulu tamamilə böyük dövlətlərin və ya sabit əksəriyyətin iradəsindən asılı olarsa, kiçik ölkələr bu fundamental təsir vasitəsini itirəcəklər. Mənafeləri əksəriyyətin siyasi planları ilə üst-üstə düşmədikdə, onlar artıq öz həyati əhəmiyyətli maraqlarını qoruya bilməyəcəklər.

“Belə bir halda, bu gün daha geniş iqtisadi, siyasi və təhlükəsizlik məqsədlərinə nail olmaq üçün könüllü və balansa əsaslanan seçim olan Avropa İttifaqına üzv olmaqla suverenliyin bir hissəsini bölüşməkdən artıq söhbət getməyəcək. Real suverenliyin demək olar ki, tam itirilməsindən söhbət gedəcək” — Papuaşvili bildirir.

Parlament sədrinin sözlərinə əsasən, özünə zərər vuran qərarı bloklaya bilməyən və öz iradəsinin əleyhinə öhdəliklər həvalə edilə bilən dövlət, tədricən yalnız qərar qəbul etmək azadlığını deyil, həm də dövlətçiliyin özünü itirir. O, müstəqil siyasi vahiddən daha böyük siyasi sistemin kiçik regionuna və ya quberniyasına çevriləcək.

“Böyük dövlətlər üçün belə bir model əlverişli də ola bilər, çünki onların ölçüsü, iqtisadi çəkisi və siyasi təsiri qərar qəbulu prosesində onsuz da mühüm üstünlük təmin edir. Lakin kiçik ölkələr üçün bu, fəlakətli dəyişiklik olacaq. Bu səbəbdən, sual getdikcə daha da aktuallaşacaq: əgər üzvlüyün ən başlıca faydası və təsir vasitələri əvvəlcədən əlinizdən alınırsa, üzvlüyün nə mənası var?

Avropa İttifaqına üzvlük məhz ona görə əhəmiyyətlidir ki, ölkə özü üçün faydalı qərarları dəstəkləyə, öz maraqlarını irəli sürə və özü üçün zərərli qərarları dayandıra bilsin. Əgər ölkədən bu imkan alınırsa, onda Avropa İttifaqının da milli maraqların qorunması vasitəsi kimi əhəmiyyəti əlindən alınır. Müvafiq olaraq, üzvlüyün siyasi cazibəsi və fundamental motivasiyası da yoxa çıxır. Üstəlik, belə şəraitdə Avropa İttifaqından kənarda qalmaq kiçik dövlət üçün daha faydalı da ola bilər, çünki ən azından müstəqil qərar qəbul etmək azadlığını qoruyub saxlayacaq” deyən siyasətçi bildirib ki, bu müzakirənin dolayı məqsədlərindən birinin məhz genişlənməni dayandırmaq olduğunu da istisna etmək olmaz. Artıq getdikcə daha aydın olur ki, heç kim yeni üzvlərin bu gün mövcud olan Avropa İttifaqına qəbulunu müzakirə etmir.

O, bildirib ki, namizəd ölkələrə mövcud birlikdə bərabərhüquqlu üzvlük deyil, üzvlükdən doğan öhdəliklərin tam şəkildə onların üzərinə qoyulacağı, hüquqlar və təsir vasitələrinin isə məhdudlaşdırılacağı əvvəlcədən dəyişdirilmiş sistem təklif olunur: “Buna görə də əsas sual təkcə Avropa İttifaqına nə vaxt qəbul ediləcəyimiz deyil. Əsas sual budur: Bizə hansı Avropa İttifaqına üzvlük təklif olunur, hansı hüquqlarla və nə dərəcədə bərabərhüquqlu üzv statusu ilə? Çünki ölkənin dövlətçilik hüquqlarını əlindən alan və onları qorumaq mexanizmlərini verməyən üzvlük inteqrasiya deyil, suverenliyin ləğvidir!”…

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 12:22
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirilir

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ