İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, İran ABŞ-ın müharibə və sülh tarixini müəyyən etməsinə icazə verməyəcək.
"Heç vaxt ABŞ-ın müharibə və sülh vaxtını təyin etməsinə icazə verməmişik və verməyəcəyik" deyə Bekayi Tehranda keçirilən həftəlik mətbuat konfransında bildirib.
Bekayi İranın lazım olduqda həm müdafiə, həm də diplomatik vasitələrdən istifadə edəcəyini bildirib.
Tahir TAĞIYEV