ABŞ prezidenti Donald Tramp İranla müharibə ilə bağlı üç mümkün ssenarini nəzərdən keçirir. “The New York Times” qəzetinin məlumatına görə, bunlar hərbi eskalasiya, yeni sanksiyaların tətbiqi ilə İrana qarşı iqtisadi təzyiqlər; ABŞ-ın müharibədə qələbəsini elan etməsi və münaqişədən çıxmasıdır.
Qəzet bildirib ki, bu variantların hər biri son həftələrdə ABŞ vitse-prezidenti Vens, ABŞ müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dan Keyn, xüsusi elçi Stiv Uitkoff və Cared Kuşnerlə görüşlərdə müzakirə olunub.
“The New York Times” qəzeti qeyd edir ki, beş aylıq münaqişədən sonra ABŞ “həddindən artıq hərbi güc”dən istifadə etməklə İran hökumətini dəyişdirmək də daxil olmaqla, məqsədlərinə çata bilməyib.
Tahir TAĞIYEV