ABŞ-ın İrana qarşı əməliyyatı zamanı yaralanan amerikalı əsgərlərin sayı 624-ə çatıb. Bu barədə "New York Times" qəzeti Pentaqona istinadən məlumat yayıb.
Qəzet qeyd edir ki, bazar günü Pentaqon son eskalasiya mərhələsinin başladığı 7 iyuldan və əməliyyatın fevral ayında başlamasından bəri baş verən itkilər barədə ayrıca məlumat dərc etməyə başlayıb. Hərbi mənbələr qəzetə bildiriblər ki, bu dəyişiklik İran və ABŞ-ın aprel ayında atəşkəs əldə etməsi, ən son itkilərin isə iyul ayında baş verməsi ilə əlaqədardır.
Nəşr yazır ki, həmin tarixdən (7 iyul) bəri yaralanan əsgərlərin rəsmi sayı hazırda 207-dir və münaqişə başlayandan bəri ümumi sayı 624-ə çatıb.
Qəzet cümə axşamı Pentaqonun veb saytında İranla münaqişədə ABŞ hərbçilərinin ölüm rəqəmlərinin qəfildən azaldıldığını bildirib. Nəşr iddia edir ki, üç hərbçi və Pentaqon sözçüsü hadisə ilə bağlı ziddiyyətli məlumatlar veriblər. Pentaqonun sözçüsü Şon Parnell isə qəzetin xəbərini yalan adlandırıb.
Tahir TAĞIYEV