Prezident Zelenski Ukraynanın müdafiə qüvvələrinin 26-27 iyul gecəsi Rusiyanın Rostov vilayətindəki ixrac terminalına zərbə endirdiyini açıqlayıb. Yaroslavl bölgəsi və Udmurtiyadakı neft obyektləri də Ukrayna ordusunun hədəfi olub.
"Dünən gecə uzaq mənzilli hücumlarımız Rostov vilayətində də təsirli oldu. Cəbhə xəttindən təxminən 250 kilometr məsafədə yerləşən ixrac terminalına zərbə endirildi. Dərin zərbələr həmçinin Yaroslavl bölgəsindəki və Ukraynanın dövlət sərhədindən 1300 kilometr məsafədə yerləşən Udmurt Respublikasındakı neft obyektlərini də hədəf alındı. Biz planımızı həyata keçiririk və Rusiyanın müharibəni maliyyələşdirmək qabiliyyətini azaldırıq" – deyə Zelenski X hesabında yazıb.
Tahir TAĞIYEV