ChatGPT bu cür sorğulara cavab olaraq, silahların yaradılması üçün hətta məktəblilərin belə başa düşə biləcəyi qədər asan dildə addım-addım təlimatlar təqdim edir.
“The Wall Street Journal” bildirib ki, əsasən ABŞ hökumətinin məhdudiyyətləri olmadan fəaliyyət göstərən modellər bu cür sorğulara səbirlə cavab verərək, şirkət işçilərinin hətta orta məktəb biologiya şagirdlərinin belə əməl edə biləcəyi qədər sadə adlandırdıqları addım-addım təlimatlar veriblər".
Nəşr qeyd edir ki, çatbotun imkanları artırıldıqdan sonra dünyada yüzlərlə istifadəçi bioloji silahların yaradılması və istifadəsi ilə bağlı suallarla ona müraciət etməyə başlayıb. OpenAI-nin məlumatına görə, bu sorğuların əksəriyyəti zəhərlərin hazırlanması ilə bağlı olub.
“The Wall Street Journal” həmçinin bildirib ki, OpenAI zəhər və bioloji silahlar yaratmaqda maraqlanan istifadəçilərin hesablarını bloklayıb, lakin hüquq-mühafizə orqanlarına məlumat verməyib. ABŞ-da süni intellekt (Sİ) şirkətlərinin bu cür sorğuları bildirməsini tələb edən federal tələblər yoxdur.
Tahir TAĞIYEV