Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa 2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Rusiya ilə münasibətlərdə yeni bir səhifənin açıldığını bildirib.
"Ölkələrimizin tarixi əlaqələri var və biz böyük maraqları bölüşürük. Hazırda kursu düzəltmək və münasibətləri normal vəziyyətə qaytarmaq üçün çalışırıq" – deyə siyasətçi "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə bildirib.
Ərəb Respublikasının rəhbəri vurğulayıb ki, Rusiya ilə Suriyadakı hərbi bazalarının gələcəyi ilə bağlı müzakirələr hələ başa çatmayıb.
Martın 31-də Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunun (Chatham House) müzakirə klubunda çıxışı zamanı əl-Şaraa Rusiya bazalarının tədricən Suriya ordusu üçün təlim mərkəzlərinə çevrilməsi üçün tədbirlər hazırlandığını açıqlamışdı.
Tahir TAĞIYEV