Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola hallarının sayı 3200-ə çatıb. Reuters agentliyinin məlumatına görə, hökumət məlumatlarına görə, bu hallardan 1405-i ölümlə nəticələnib. Son 24 saat ərzində 125 yoluxma və 51 ölüm halı təsdiqlənib ki, bu da indiyə qədər qeydə alınan ən yüksək gündəlik rəqəmlərdən biridir. Xəstəlikdən cəmi 571 nəfər sağalıb. Epidemiya ölkədə 15 mayda elan edilib və artıq qeydə alınan tarixdə ən sürətlə yayılan Ebola epidemiyası kimi tanınır. Epidemiyaya hazırda təsdiqlənmiş peyvəndləri olmayan Bundibugyo ştammı səbəb olur.
SAMİRƏ