ABŞ Prezidenti Donald Tramp, sursat ehtiyatlarının tükənməsinin İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi üçün problem yaratdığını inkar edir.
"The Wall Street Journal" qəzetinə verdiyi açıqlamada o qeyd edib: "Dünyadakı hər kəsdən daha çox və ehtiyac duyduğumuzdan daha çox sursatımız var."
Vəziyyətlə tanış olan ABŞ rəsmilərinin sözlərinə görə, Tramp Hörmüz boğazının açılması ilə bağlı diplomatik danışıqları bərpa etmək və sursat ehtiyatlarının tükənməsinin təsiri ilə bağlı müzakirələr əsnasında İrana qarşı hərbi kampaniyasının genişlənməsini təxirə salıb.
Rəsmilərin sözlərinə görə, ABŞ ordusu cümə günü iki həftəyə qədər davam edə biləcək intensiv hücumlar seriyasına başlamağa hazır idi.
SAMİRƏ