Ukrayna və Rusiya arasında beynəlxalq dəniz ticarətinə qarşı hücumlar qarşılıqlı olaraq davam edir. Rusiya Qara dənizdə Türkiyə şirkətinə məxsus AGN Ragnar yük gəmisini vurub.
İstanbulda yerləşən AGN Gəmi İdarəetmə şirkətinin donanmasına daxil olan yük gəmisi AGN Ragnar Ukraynanın Sulina limanından çıxarkən Rusiya pilotsuz təyyarəsi tərəfindən hədəfə alınıb.
Hücum nəticəsində gəminin bəzi bölmələrinə ciddi ziyan dəyib. Gəmidə yanğın baş verib və heyət təxliyə edilib.
Əvvəllər "Mercy" adlandırılan təxminən 90 metr uzunluğundakı gəmi 2025-ci ilin oktyabr ayında şirkətin donanmasına qoşulub.
Tahir TAĞIYEV