Britaniyanın yeni Baş naziri Endi Börnhem vəzifəyə başladıqdan sonra ilk müsahibəsində onu tərifləyən ABŞ prezidenti Donald Trampı məyus edən açıqlamalar verib.
Londonun strateji prioritetləri və Vaşinqtonla münasibətlərin gələcəyilə bağlı diqqət çəkən açıqlamalar verən Börnhem BBC-yə ilk müsahibəsində Britaniyanın milli maraqlarını hər şeydən üstün tutacağını və Trampla açıq şəkildə razılaşmamağa və onu tənqid etməyə hazır olduğunu bildirib.
Baş nazir Trampla ilk görüşünün çox səmimi keçdiyini bildirsə də, ABŞ prezidentinə qeyd-şərtsiz etibar etdiyini ifadə etməkdən çəkinib. O, hadisələri öz kontekstlərində inkişaf etdikcə qiymətləndirəcəklərini bildirib: "Heç vaxt deyə bilmərəm ki, Donald Trampdan fərqli fikrim olmayacaq və ya Britaniya üçün uyğun olan fərqli bir fikir ifadə etməliyəm. İlk növbədə, öz milli maraqlarınızı müdafiə etməlisiniz. Bu işi düzgün şəkildə görmək istəyirsinizsə, bunu etməlisiniz. Lazım gələrsə, hətta Trampa qarşı da çıxaram".
Müsahibədə Burnham erkən ümumi seçkilərin keçirilməsi ehtimalını qəti şəkildə rədd edərək, Britaniyanı yenidən yoluna qaytarmağa diqqət yetirəcəyini deyib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp Britaniyada hökumət dəyişikliyinə və Börnemin enerji siyasətindəki dəyişikliyə müsbət qarşılamışdı. Tramp Börnemin seçki vədlərindən yayınaraq Şimal dənizində neft və təbii qaz kəşfiyyatını tam gücü ilə həyata keçirmək qərarını tərifləyib və bu addımın Böyük Britaniyanı "dünyanın ən varlı ölkələrindən birinə" çevirəcəyini iddia edib.
Tahir TAĞIYEV