Tramp administrasiyası dəniz sənayesinin nümayəndələri ilə görüşlərdən sonra Ukraynanı Qara dənizdə Rusiyaya məxsus olmayan neft tankerlərini hədəf almamaq barədə xəbərdarlıq edib.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, Vaşinqtonun Qazaxıstan neftini Avropaya nəql edən və Rusiya enerji mənbələrinə alternativ kimi görülən Xəzər Boru Kəməri Konsorsiumunun təhlükəsizliyindən narahat olduğu bildirilir. Xəbərdarlıq 19 iyulda Novorossiyskdəki Konsorsiumun dəniz terminalına edilən və neft daşınmalarını dayandıran dron hücumundan sonra gəlib.
Konsorsium hücumu beynəlxalq hüquqla qorunan mülki obyektə və konsorsiumda iştirak edən ölkələrin maraqlarına "birbaşa hücum" kimi xarakterizə edib.
Tahir TAĞIYEV