Berlin şəhərində keçirilən illik Kristofer Küçəsi Günü (CSD) münasibətilə keçirilən gey paradı bir avtomobilin yürüş iştirakçılarına çırpılması barədə xəbərlərdən sonra erkən dayandırılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
Parad təşkilatçıları 25 iyul şənbə günü Berlin vaxtı ilə saat 22:30 radələrində sosial mediada "Xahiş edirəm evə gedin, CSD dayandırılıb" yazıblar. Xilasedicilərin sözlərinə görə, yaralılardan üçünün vəziyyəti ağır, səkkizinin vəziyyəti isə stabil ağırdır. Hamısı xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri hələ də məlum deyil. Bild-in şahidlərə istinadən verdiyi məlumata görə, ağ mikroavtobus yüksək sürətlə izdihamın içinə girib. O, ağaca çırpılmadan əvvəl qəsdən onların üstündən keçib. Daha sonra sürücü nəqliyyat vasitəsindən düşüb və qaçıb.
Şahidlərin sözlərinə görə, mikroavtobusu tərk edən şəxs soyuq silahla silahlanıb və insanlara xəsarət yetirib. "Şahidlər bizə belə deyiblər. İddialara görə, orada bıçaq yaraları olan insanlar uzanıb", - deyə polis sözçüsü bildirib.
SAMİRƏ