İranın ABŞ-ın İraq Baş naziri Əli Zeydi vasitəsilə göndərdiyi atəşkəs təklifini rədd etdiyi bildirilir.
"The New York Times" qəzetinin İran və İraq rəsmilərinə istinadən verdiyi məlumata görə, İraqın Baş naziri Əli Zeydi Tehrana son səfəri zamanı ABŞ tərəfindən hazırlanmış atəşkəs təklifini İran hökumətinə təqdim edib.
Lakin İran rəsmiləri Hörmüz boğazının yekun statusunu həll etməyən "müvəqqəti razılaşma"da maraqlı olmadıqlarını bildirib və təklifi rədd ediblər.
Təklifin təfərrüatları hələlik məlum deyil.
Qeyd edək ki, İraq Baş naziri Əli Zeydi dünən Tehrana səfər edib.
Tahir TAĞIYEV