İranın parlament və danışıqlar qrupunun rəhbəri Məhəmməd Bağır Qalibaf bildirib ki, ABŞ İranı cəzalandırmağa çalışarkən, əslində neft qiymətlərinin artması ilə özünü cəzalandırır.
Bu barədə Qalibaf sosial media hesabında İrana edilən hücumlarla bağlı açıqlamasında bildirib.
O, ABŞ-ın hücumlarla İranı cəzalandırmaq istədiyini bildirib: "Onlar İranı cəzalandırmaq istəyirdilər. Bunun əvəzinə, özlərini üçrəqəmli neft qiymətləri ilə cəzalandırdılar. Mükəmməl bir strategiyadır".
Tahir TAĞIYEV