The Telegraph qəzeti Səudiyyə şahzadəsinin Londonda ölümü barədə məlumat əldə edib.
Səudiyyə şahzadəsi Abdullah bin Fəhad əl Səud 2025-ci ilin noyabr ayında London Marriott Hotel Kensington-da narkotik kokteyli qəbul etdikdən sonra ölü tapılıb. Məhkəmə ekspertizası onun ölümünü qəza kimi qiymətləndirib, lakin yarılma nəticələri artıq ölüm səbəbini açıqlayıb.
Telegraph qəzetinin məlumatına görə, 2025-ci ilin noyabr ayında Londondakı otel otağında potensial ölümcül səviyyədə GHB (insan mərkəzi sinir sistemində inhibitor neyrotransmitter təsiri olan üzvi birləşmə) aşkar edilib.
Nəşrin məlumatına görə, şahzadə Abdullah bin Fəhad əl Səud əvvəllər klinikada müalicə alıb. Xəstəxanaya qəbul edildikdə ona depressiya və narahatlıq əlamətləri diaqnozu qoyulub. Xəstəxanadan çıxarıldıqdan sonra intihar riski olmadığı düşünülüb. Qəzetin məlumatına görə, o, dostu ilə birlikdə xəstəxanadan buraxılıb, lakin sonra şahzadə həkimi ilə planlaşdırılan Zoom görüşünə qatılmayıb.
SAMİRƏ