ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun İran hədəflərinə daha bir seriya zərbə raundu başlatdığını bildirib.
"ABŞ qüvvələri İranın hərbi hədəflərinə qarşı daha bir gecə zərbələri endirib. Bu, İranı məsuliyyətə cəlb etmək və İslam İnqilabı Keşikçiləri Korpusunun kommersiya gəmiçiliyinə yaratdığı təhlükəni azaltmaq məqsədi daşıyan ardıcıl 13-cü gecə zərbələridir", - deyə açıqlamada bildirilir.
Əməliyyat cümə axşamı Şərq vaxtı ilə saat 18:45-də (cümə günü Moskva vaxtı ilə saat 01:45) başlayıb.
SAMİRƏ