ABŞ Prezidenti Tramp köməkçilərinə İranın uzunmüddətli blokadası üçün plan hazırlamağı tapşırıb. “The Wall Street Journal” mənbələrə istinadən yazır ki, Ağ Ev rəhbəri bu yaxınlarda neft tankerləri də daxil olmaqla gəmilərin İran limanlarından çıxmasının qarşısını almaqla İslam Respublikasının iqtisadiyyatına təzyiq göstərilməsi ideyasını dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, digər variantlar — bombardmanların bərpası və ya münaqişədən çıxmaq — Vaşinqton üçün blokadanı davam etdirməkdən daha böyük risklər daşıyır.
Qeyd edilir ki, Tramp İranla bağlı növbəti addımlarla əlaqədar ziddiyyətli məsləhətlər alır. Bəzi rəsmilər Ağ Evi açıq şəkildə Tehrana təzyiqi artırmağa çağırır, digərləri isə Hörmüz boğazının bağlanmasının və ya hərbi əməliyyatların davam etdirilməsinin ABŞ iqtisadiyyatına zərər verə biləcəyi, həmçinin Respublikaçılar Partiyasının aralıq seçkilərdəki nəticələrinə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Tahir TAĞIYEV