Aprelin 28-də İsrail Hərbi Hava Qüvvələri Cənubi Livanda səkkiz yaşayış məntəqəsinə zərbə endirib. Livanlı hərbi mənbə RİA Novosti-yə bildirib ki, İsrail Hərbi Hava Qüvvələri Cənubi Livanda səkkiz yaşayış məntəqəsinə, o cümlədən Tir şəhərinin kənarındakı yaşayış məntəqəsinə zərbə endirib və bir nəfər həlak olub. Çərşənbə axşamı İsrail ordusu onlayn resurslarında şiə hərəkatı Hizbullaha məxsus infrastruktura hücumları əsas gətirərək Livanın cənubundakı 16 şəhərin sakinlərinin evlərini tərk etmələri tələbini dərc edib. Bombalamanın ardından İDF Livanın cənubunda min Hizbullah hədəfinin məhv edildiyini açıqlayıb. Agentliyə danışan mənbə bildirib ki, "Səkkiz şəhər düşmən hava hücumlarına məruz qalıb, onlardan biri Tirin kənarında yerləşir".
SAMİRƏ