Cümə günü, 06 noyabr 2026
     

Bəşər Əsədin qardaşı ilə xalası oğlunun məhkəməsi başladı... Əsədlərin yeni "qara günləri"...

Image


Suriyada Bəşər Əsəd komandasının - qohum-əqrabasının məhkəməsi başladı. İlk mühakiməyə oturdulan Əsədin xalası oğlu Atef Nəcib oldu.

Atef Nəcib 1960-cı ildə sahil şəhəri Cəbləhdə anadan olub. Anası Fatimə Məxluf Həfiz Əsədin həyat yoldaşı Ənisə Məxlufun bacısıdır. Bu qohumluq ona sonsuz bir toxunulmazlıq bəxş edib. Hərbi akademiyanı bitirdikdən sonra Suriya kəşfiyyatına qoşulan Atef, kobud və təkəbbürlü davranışına görə 1992-ci ildə xidmətdən çıxarılıb. Altı il işsiz qaldıqdan sonra anası Həfiz Əsədə müraciət edib, oğlunun "yetişdiyini" söyləyib və o, yenidən vəzifəyə qaytarılıb. 2008-ci ildən 2011-ci ilin martına qədər Dəraa vilayətinin Siyasi Təhlükəsizlik İdarəsinin rəisi olub. Hakimiyyət illərində özünə aid bir ifadə onu ən yaxşı şəkildə xarakterizə edir: "Dəraada mən Allaham."

2011-ci ilin fevralında Dəraadakı "Al-Başir" orta məktəbinin divarına bir qrup yeniyetmə iki şüar yazdı: "Xalq rejimin devrilməsini istəyir" və "Sıra səndədir, doktor" - bu sonuncu ifadə göz həkimi kimi təhsil almış Bəşər Əsədə açıq bir eyhamdı. Atef Nəcibin göstərişi ilə 10-15 yaşlarında 15 məktəbli uşaq həbs edildi. Onları Dəraadakı Siyasi Təhlükəsizlik şöbəsinin zirzəmisinə apardılar. Şahidlər və sonradan azad olunan uşaqların ailələri dəhşətli bir tablo çəkdi: dırnaqlar çıxarılıb, elektrik cərəyanı verilib, siqaretlə yandırılıblar, soyuq kameralarda günlərlə ac, susuz və yuxusuz saxlanılıblar. Bəzilərinin bədənlərindəki sümük sınıqları, yanıq izləri həbsdən çıxandan sonra da görünürdü. Bir neçəsinə qarşı cinsi zorakılıq edildiyi də iddia olunur. Bu işgəncələrin qurbanları arasında 13 yaşlı Həmzə əl-Xətib də var. O, etiraz zamanı saxlanıldı və cəsədi ağır işgəncə izləri ilə ailəsinə qaytarıldı.

Uşaqların ailələri Siyasi Təhlükəsizlik İdarəsinə gedib övladlarını tələb etdikdə Atef Nəcib onları aşağılayan bir cavabla qovdu: "Uşaqlarınızı unudun. Gedin evdə arvadlarınızdan başqa uşaq düzəldin. Bacarmırsınızsa, adam göndərin, biz düzəldək." Bu sözlər bütün şəhəri ayağa qaldırdı.

2011-ci il martın 15-də ailələr və şəhər sakinləri küçəyə çıxdı, tələb sadə idi: uşaqları azad edin. Atef Nəcibin əmri ilə etirazçılara atəş açıldı, ilk günlərdən etibarən ölülər oldu. Dəraadakı Ömər məscidinin yanında da təhlükəsizlik qüvvələri dinc nümayişçilərə qarşı atəş açdı. Uşaqlar təxminən iki həftə sonra ağır işgəncə izləri ilə azad edildi. Amma artıq geri dönüş yox idi, etirazlar əvvəl bütün Dəraa vilayətinə, sonra isə bütün Suriyaya yayıldı.

Atef Nəcib yalnız uşaq işi ilə məhdudlaşmır. O, 2011-ci ilin mart-aprel aylarında Dəraadakı bütün etiraz dalğasının zorakılıqla yatırılmasına şəxsən rəhbərlik edib. Onun əmri ilə "şəbbiha" adlanan rejim silahlıları ilə birlikdə təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açıb. Yaralıları xəstəxanaya aparmağa icazə verilməyib, təcili yardım maşınları güllələnib. Evlərə basqınlar, kütləvi həbslər, zirzəmilərdə sistematik işgəncə - tavandan asmaq, elektrik, döymə, sümük sındırma - hər şey onun göstərişi ilə baş verib. Bir neçə həbs olunan işgəncə altında can verib, meyitlər isə ailələrə qaytarılmayıb. Bundan əlavə, Atef Nəcib Dəraada geniş miqyaslı qəsb və rüşvət şəbəkəsinə rəhbərlik edib. İş adamlarından, fermerlərdən pul alıb. Verməyənlərin bizneslərini bağladıb, özlərini həbs etdirib. Sərhəd vilayəti olduğundan qaçaqmalçılıqdan da pay götürüb.

Hadisələrin ardınca Bəşər Əsəd onu vəzifədən uzaqlaşdırdı, amma cəzalandırmadı. Sadəcə İdlib vilayətinin Siyasi Təhlükəsizlik Şöbəsinə köçürdü. Əsəd ailəsinə yaxın olduğu üçün uzun illər əl dəyməz qaldı.

2024-cü ilin dekabrında Əsəd rejimi çökdükdən sonra yeni Suriya hakimiyyəti onu axtarışa verdi. 2025-ci il yanvarın 31-də Latakiya kəndlərindən birində gizləndiyi yerdə tutuldu. İttihamlar ağırdır: Suriya xalqına qarşı cinayətlər, qətllər, işgəncə, uşaqlara qarşı zorakılıq, qəsb, vəzifə səlahiyyətlərinin aşılması.

2026-cı il aprelin 26-da isə o, zolaqlı həbsxana geyimində, Dəməşqdəki Ədalət Sarayının nümayiş qəfəsində oturdu - soyuqqanlı və ifadesiz. İzdiham onu barmaqlıqlar arxasından çəkdi. Zalda qurbanların ailələri var idi. Bəşər Əsəd və qardaşı Maher Əsəd də eyni iş üzrə qiyabi müttəhim kimi keçir, növbəti məhkəmə iclası mayın 10-da keçiriləcək. Atef Nəcibin məhkəməsi Əsəd ailəsinin Suriyada mühakimə olunan ilk üzvü kimi tarixə düşdü.

ABŞ-da isə Bəşər Əsədin əmisi oğlu Antuan Kassisin məhkəməsi gedir. O, narkoterrorizmdə ittiham olunur və ifadəsində bütün işi Bəşər Əsədin qardaşı Mahir Əsədin qurduğunu deyib.

Kassisin sözlərinə görə, Latakiya limanından keçən hər kiloqram kokain üçün Suriya hökumətinə 10 min dollar verilib. Mahir Əsədin komandanı olduğu 4-cü diviziya həm də ölkədə “kaptaqon” narkotikinin istehsalına rəhbərlik edib.

Hökm 2 iyulda çıxacaq. Kassisi 20 ildən ömürlük həbsə qədər cəza gözləyir. Mahir Əsəd məhkəmədə yoxdur, amma əsas təşkilatçı kimi adı keçir.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ