Ukrayna İsrailə, Rusiyadan taxıl almağa davam edəcəyi təqdirdə ağır nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.
“Axios”un Ukrayna diplomatik mənbələrinə istinadən verdiyi məlumata görə, Kiyev Rusiyanın işğal etdiyi ərazilərdən taxıl daşıyan “Panoramits” yük gəmisi ilə bağlı İsrailə sərt xəbərdarlıq edib.
"Biz bu gəmini izləyirik və onu cavabsız qoymayacağıq. Əgər ona limana girməyə və yükünü boşaltmağa icazə verilərsə, bunun ikitərəfli münasibətlərimizə təsiri olacaq" – deyə Ukrayna rəsmisi bildirib.
Mənbə bildirib ki, əgər İsrail gəminin Hayfa limanında lövbər salmasına icazə verərsə, Ukrayna həmin ölkəyə qarşı "bütün diplomatik və beynəlxalq hüquqi tədbirləri" tətbiq edəcək. Eyni mənbə iddia edir ki, İsrail əvvəllər oxşar yük daşıyan başqa bir gəmi ilə bağlı Ukraynanın tələblərini qulaqardına vurub.
Tahir TAĞIYEV