ABŞ maliyyə naziri Skott Bessent, artıq sanksiyalar altında olan İran aviaşirkətləri ilə iş görən fərdlərə və qurumlara qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb.
Bessent xarici hökumətlərə müraciət edərək, yurisdiksiyaları daxilində şirkətlərə nəzarət etməyin vacibliyini bildirib: "Xarici hökumətlər yurisdiksiyaları daxilində şirkətlərin bu təyyarələrə reaktiv yanacaq təchizatı, eniş haqları və ya texniki baxış xidmətləri daxil olmaqla heç bir xidmət göstərməməsini təmin etmək üçün bütün zəruri tədbirləri görməlidirlər".
ABŞ Maliyyə Nazirliyinin İrana qarşı strategiyasına da toxunan Bessent qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi İrana maksimum təzyiq göstərəcək və İran qurumları ilə iş görən və ya bu cür işlərə kömək edən üçüncü tərəflərə qarşı tədbir görməkdən çəkinməyəcək.
Tahir TAĞIYEV