ABŞ Amerika vətəndaşlarının oğurlanması və müxtəlif obyektlərə hücumlarla əlaqəli olduğu iddia edilən İraqdakı Kataib Hizbullah lideri Əhməd əl-Himaydavinin tutulmasına kömək edən məlumata görə 10 milyon dollara qədər mükafat elan edib.
ABŞ-ın Bağdaddakı səfirliyindən verilən yazılı açıqlamada bildirilir ki, Himeydavinin tutulmasına və ya yerinin müəyyən edilməsinə kömək edən məlumata görə 10 milyon dollara qədər mükafat veriləcək.
Açıqlamada "Zorakılığı dayandırmağımıza kömək edin. Himeydavini dayandırmağımıza kömək edin" deyilir və ictimaiyyətdən sahib olduqları hər hansı bir məlumatı hakimiyyət orqanları ilə bölüşmələri istənilir.
Tahir TAĞIYEV