"Tehranın rəqibləri heç bir zaman İranın uranı zənginləşdirməsi prosesinin qarşısını ala bilməyəcəklər".
Yerli Teleqram kanallarının xəbərinə görə, bu sözləri İranın vitse-prezidenti, eyni zamanda Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami deyib.
"Müxalif tərəflərin İranın uran proqramını məhdudlaşdırmaq cəhdləri və istəkləri sadəcə olaraq özləri ilə qəbirə gedəcək boş xəyallardan ibarətdir", - deyə İran rəsmisi bildirib.
Eslami qeyd edib ki, ABŞ və İsrail tərəfindən İrana yönələn aqressiya faydasız olub və hazırda həmin dövlətlər diplomatik danışıqlar vasitəsilə rəsmi Tehrandan müəyyən güzəştlər qoparmağa cəhd edirlər.
SAMİRƏ