İsrail ordusunun 2 martda Livana hücumları davam edir. İran və ABŞ arasında müvəqqəti atəşkəs elan edildiyi bir vaxtda İsrail ordusu Hizbullah lideri Naim Qasımın Beyruta hücum zamanı öldürüldüyünü iddia edib.
Hizbullah lideri Qasımın öldürüldüyünü iddia edən İsrail, qısa müddət sonra yeni bir açıqlama yayaraq, "Qasım deyil, qardaşı oğlu Əli Yusif Harşinin öldürüldüyünü" bildirib.
İsrail müdafiə naziri Yisrael Katz, İsrail ordusunun Livan boyunca hücumlarından sonra Hizbullahın rəhbəri Naim Qasımı öldürməklə hədələmişdi. Katz açıqlamasında İsrail ordusunun Livan boyunca qərargahlarındakı Hizbullah üzvlərini hədəf aldığını iddia etmişdi.
Tahir TAĞIYEV