İran ABŞ və İsrailin hücumlarına görə, bağladığı, atəşkəsdən sonra açdığı, İsrailin Livana hücumlarından sonra təkrar bağladığı Hörmüz boğazından keçən gəmilərdən rüsum alınacağını və ödənişlərin kriptovalyuta vasitəsilə də edilə biləcəyini bildirib.
Bu barədə açıqlama verən İran Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları Assosiasiyasının sözçüsü Həmid Hüseyni bildirib ki, İran iki həftəlik atəşkəs müddətində Hörmüz boğazından keçən gəmilər üçün rüsum alacaq.
"Hər şey keçə bilər, amma prosedur hər bir gəmi üçün vaxt aparacaq və İran tələsmir" deyən Hüseyni əlavə edib ki, hər bir tanker rüsum müəyyən edilməzdən əvvəl öz yük məlumatlarını elektron poçtla göndərməlidir.onun sözlərinə görə, tarifin hər barel üçün 1 dollar olacağı gözlənilir.
Hüseyni ödənişlərin Bitcoin də daxil olmaqla rəqəmsal valyutalarla edildiyini, boş tankerlərin isə sərbəst şəkildə keçə biləcəyini bildirib. İran rəsmisi qərarın səbəbini isə belə izah edib: "Biz bu iki həftənin silah ötürülməsi üçün istifadə olunmadığından əmin olmaq istəyirik. İran nəyin girb-çıxdığını izləməlidir".
Tahir TAĞIYEV