Səhər tezdən İranın Fars körfəzindəki iki adaında hələlik mənşəyi məlum olmayan partlayışlar baş verib. Partlayışların səbəbi məlum olmasa da, hadisənin atəşkəsdən dərhal sonra baş verməsi diqqət çəkir.
Partlayışların Fars körfəzindəki Lavan və Siri adasındakı neft emalı zavodunda baş verdiyi bildirilir. İranın yarı-rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, səhər atəşkəs əldə edildikdən sonra Lavan adasındakı neft emalı zavodunda bir neçə partlayış baş verib. Məlumatda partlayışın mənbəyinin hələlik məlum olmadığı bildirilib.
İran Milli Neft Emalı Şirkətinin açıqlamasında isə deyilir ki, Fars körfəzindəki Lavan adasındakı neft emalı zavodunda düşmən hücumu nəticəsində yanğın baş verib.
Bundan əvvəl İran mediası səhər tezdən Siri adasında da mənşəyi məlum olmayan partlayışların baş verdiyini bildirmişdi.
Tahir TAĞIYEV