İran və ABŞ arasında həftələrlə davam edən döyüşlərdən sonra dünən gecə iki həftəlik müvəqqəti atəşkəs elan edilib. Prezident Donald Tramp sosial media hesabı vasitəsilə İranla razılaşmanın bəzi vacib detallarını açıqlayıb.
"Birləşmiş Ştatlar, çox məhsuldar olacağını düşündüyümüz bir rejim dəyişikliyindən keçən İranla sıx əməkdaşlıq edəcək. Uran zənginləşdirilməsi olmayacaq və ABŞ İranla birgə çalışaraq, dərinliklərə gömülmüş bütün nüvə tozunu çıxarıb ortadan qaldıracaq".
Bu ərazi hazırda və uzun müddətdir ki, Kosmik Qüvvələrin yüksək həssas peyk nəzarəti altındadır. Hücum tarixindən bəri heç bir şeyə toxunulmayıb. İranla gömrük tariflərinin və sanksiyaların yumşaldılması barədə danışırıq və bunu davam etdirəcəyik. 15 bənddən bir çoxu artıq razılaşdırılıb”, - deyə o bildirib.
Tramp həmçinin Tehranın hərbi imkanlarını dəstəkləyən aktyorları da hədəf alıb və bildirib ki, İrana silah tədarük edən hər hansı bir ölkəyə 50% tarif tətbiq olunacaq.
Tahir TAĞIYEV