ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsdən sonra yenidən açıqlama verib. Masadakı maddələrin düşünüldüyü kimi sərt tələb olmadığını iddia edən Tramp, proseslər yaxşı getməsə, müharibənin dərhal başlayacağı mesajını verib.
"İranın hansı maddələri təqdim etdiyini dəqiq bilmirsiniz. Mən onların nə olduğunu bilirəm. Bunlar çox yaxşı məqamlardır və əksəriyyəti tam şəkildə danışıqlar yolu ilə həll olunub.
Danışıq məqamları İranın iddia etdiyi maksimalist tələblər kimi deyil.
Əgər işlər yaxşı getməsə, biz çox asanlıqla hücuma qayıda bilərik" – deyə Tramp bildirib.
Tahir TAĞIYEV