ABŞ Prezidenti Trampın "Bu gecə bütün bir sivilizasiya məhv olacaq və bir daha geri qayıtmayacaq" təhdidindən sonra Yaxın Şərqdəki gərginlik ən yüksək səviyyəyə çatıb.
ABŞ-ın səhər saat 04:00-da İrana gözlənilən hücumu öncəsi iki ölkə arasında danışıqların davam etdiyi bildirilir. Adı açıqlanmayan ABŞ rəsmisi, İsrail rəsmisi və danışıqlardan xəbərdar olan iki mənbə bildirib ki, son 24 saat ərzində ABŞ və İran arasında danışıqlarda irəliləyiş əldə edilib.
Son məlumatlara görə, Pakistanın Baş naziri Şahbaz Şərif Trampdan İrana planlaşdırılan hücumu təxirə salmasını xahiş edib: "Diplomatiyanın davam etməsi üçün Prezident Trampdan müddəti iki həftə uzatmasını səmimi qəlbdən xahiş edirəm".
Bütün bunlara, eləcə də təhdidlərə baxmayaraq, İran İsrailə qarşı böyük bir hücuma hazırlaşır. İsrail ordusunun həyəcan səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb. İnsanların sığınacaqlara axın etdiyi bildirilir.
İranda isə rəsmilərin çağırışı ilə insanlar ABŞ-ın hədəfində olan körpü və elektrik stansiyaları ətrafında toplaşmağa başlayıb.
Bu arada, Küveyt hökuməti Trampın İrana hücumları gücləndirməklə hədələməsinin ardından, küveytliləri evdən çıxmamağa çağırıb.
Tahir TAĞIYEV