BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdəki böhranı müzakirə etmək üçün Bəhreynin xahişi ilə toplanıb.
İran, ABŞ və İsrail arasında davam edən münaqişələr fonunda keçirilən iclasda Bəhreynin Hörmüz boğazında naviqasiya və dəniz nəqliyyatı azadlığını təmin etmək üçün BMT-nin dəstəyini tələb edən qətnamə layihəsi səsə qoyulub.
Lakin Çin və Rusiya qətnaməyə veto qoyublar. Beləliklə, səsvermə nəticəsində 11 səs lehinə, 2 səs əleyhinə və 2 səs bitərəf qalıb. Veto ilə BMT Təhlükəsizlik Şurasının dəstəyi ilə Hörmüz boğazında dəniz nəqliyyatını təmin etmək səyləri dayandırılıb.
Tahir TAĞIYEV