İranlı haker qrupu Handala İsrailin vacib elektrik şəbəkəsi infrastrukturu ilə bağlı məxfi məlumatlara tam giriş əldə etdiyini iddia edib.
Qeyd olunur ki, onların ixtiyarında İsrailin enerji qurğuları, o cümlədən idarəetmə sxemləri və həssas şəbəkə qovşaqları ilə bağlı bütün texniki məlumatlar var. Qrupun bəyanatına görə, əldə olunan məlumatlar artıq İranın yüksək hazırlıq vəziyyətində olan raket bölməsinə ötürülüb. Məlumatlar mümkün cavab tədbirləri üçün hədəf kimi təqdim olunur. Handala nümayəndələri "Müqavimət Oxuna" özəl olaraq informasiya dəstəyi verdiklərini vurğulayıblar.
İRADƏ