ABŞ prezidenti Donald Trampın "Bu gecə bütün bir sivilizasiya məhv ediləcək" açıqlamasından sonra İran dövlət televiziyası Tehranın Vaşinqtonla qalan son əlaqəni də kəsdiyini iddia edib. Lakin qısa müddət sonra İran mediası İran hökumətinin ABŞ-la bütün diplomatik və dolayı rabitə kanallarını bağlamadığını açıqlayıb. Pakistan mənbələri də ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə vasitəçilik səylərinin davam etdiyini bildiriblər.
Bu arada, “Reuters” agentliyinə danışan yüksək vəzifəli İran mənbələri bildiriblər ki, ABŞ ölkənin enerji obyektlərini hədəf alsa, təkcə İran deyil, Səudiyyə Ərəbistanı da daxil olmaqla bütün region qaranlığa qərq olacaq. Tehran həmçinin vəziyyət nəzarətdən çıxarsa, Bab əl-Məndəb su yolunu bağlayacağını elan edərək, qlobal ticarəti faktiki olaraq dayandıracağını bəyan edib.
İran İnqilab Keşikçiləri Korpusunun açıqlamasında isə deyilir ki, ABŞ liderləri, infrastrukturumuza hücum edəcəyi təqdirdə, ordumuzun mənzilindəki vacib aktivləri hesablamaq qabiliyyətinə malik deyillər: “ABŞ ordusu qırmızı xətlərimizi keçərsə, cavabımız regiondan kənara çıxacaq".
Tahir TAĞIYEV