ABŞ Prezidenti Tramp və Vitse-prezident Vensin açıqlamalarından sonra İranın nüvə silahlarından istifadə edəcəyi iddiaları Ağ Ev tərəfindən təkzib edilib.
Ağ Ev X sosial media platformasındakı "Sürətli Cavab 47" hesabından, Tramp və Vensin açıqlamalarından sonra nüvə silahları iddiaları ilə bağlı açıqlama yayıb.
Ağ Ev, bir açıqlamada, vitse-prezident Vensin Macarıstanda etdiyi "Tramp İranla bağlı bütün variantları açıq saxlayır" sözlərini "ABŞ İranda nüvə silahından istifadə edə biləcəyini iddia edir" başlığı ilə yayan media qurumlarına sərt reaksiya verib.
Nüvə silahı ehtimalını rədd edən Ağ Ev bildirib ki, vitse-prezidentin burada dediyi heç bir şey bunu ifadə etmir: “Siz təlxəklər".
Tahir TAĞIYEV