ABŞ və İsrail İranın nəqliyyat infrastrukturunun vacib nöqtələrini hədəfə alıb. İran mediası İsrailin hücum təhdidinin ardından ölkə daxilində bir çox körpünün vurulduğunu bildirib.
İran mediası Kaşandakı Yəhya Abad dəmir yolu körpüsünün, Təbriz-Zəncan magistral yolundakı birləşdirici körpünün, Təbriz dəmir yolu xəttinin, Zəncan yaxınlığındakı Miyane dəmir yolu körpüsünün, Zəncandakı dəmir yolu xətlərinin, Kərəcdəki dəmir yolu körpüsünün və Qumun qərbindəki quru nəqliyyat körpülərindən birinin vurulduğunu bildirib. Xəbərdə Kaşan hücumlarında iki nəfərin öldüyü bildirilib. Həmçinin Tehran yaxınlığındakı Rey rayonunun Kale-i Nov bölgəsində dəmir yolu xəttinin keçdiyi Serhe Hesar çayı üzərindəki körpünün vurulduğu və dağıldığı bildirilir.
Tahir TAĞIYEV