ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial media platformasında paylaşım edərək İrana qarşı yeni təhdidlər səsləndirib.
Tramp yazıb: "Bu gecə bütün bir sivilizasiya məhv olacaq və heç vaxt geri qayıtmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, bu olacaq. Lakin indi fərqli, daha ağıllı və daha az radikal düşüncəli insanların hakim olduğu tam və qüsursuz rejim dəyişikliyinə sahib olduğumuza görə, bəlkə də inqilab kimi gözəl bir şey baş verə bilər, kim bilir? Dünyanın uzun və mürəkkəb tarixindəki ən vacib anlardan biri olan bu gecə bunu öyrənəcəyik. 47 illik xərac, korrupsiya və ölüm nəhayət ki, sona çatacaq. Allah böyük İran xalqını qorusun!"
Tahir TAĞIYEV