İranın gənclər və idman nazirinin müavini Əlirza Rəhimi insanları ölkə daxilində elektrik stansiyaları ətrafında toplaşmağa çağırıb.
Rəhimi bildirib ki, müxtəlif gənclər təşkilatları, universitet tələbələri, sənətçilər və idmançılar ölkə miqyasında elektrik stansiyaları ətrafında keçirilən eyni vaxtda insan zənciri tədbirində iştirak edəcəklər.
Qeyd edək ki, ABŞ prezidenti Tramp, Hörmüz boğazının açılması üçün İrana vaxt verib. Boğaz açılmayacağı təqdirdə İranın Su Elektrik Stansiyaları və körpülərinin bombalanacağını bildirib. Hücumun bu gecə baş verəcəyi gözlənilir.
Tahir TAĞIYEV