İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailə qarşı ölkələrini müdafiə etmək üçün 14 milyon iranlının səfərbərlik üçün qeydiyyatdan keçdiyini bildirib.
Prezident Pezeşkian sosial media paylaşımında, döyüşdə iştirak etmək istəyən könüllüləri cəlb etməyi hədəfləyən "Canfəda" kampaniyasında indiyə qədər 14 milyondan çox iranlının qeydiyyatdan keçdiyini açıqlayıb.
"Bu günə qədər 14 milyondan çox cəsur iranlı İranı müdafiə etmək üçün canlarını qurban verməyə hazır olduqlarını bəyan edib. Mən də İran üçün canımı qurban vermişəm, qurban verirəm və verməyə davam edəcəyəm" – deyə Pezeşkian bildirib.
Tahir TAĞIYEV