Böyük Britaniyada nəşr olunan "The Times" qəzeti atası Əli Xameneinin sui-qəsdindən sonra İranın dini lideri Müctəba Xameneinin səhhəti ilə bağlı yeni bir iddia ortaya atıb.
ABŞ və İsrail kəşfiyyat agentliklərinin Körfəz ölkələri ilə paylaşdığı diplomatik notaya istinad edilən xəbərdə, Müctəba Xameneinin atası Əli Xameneinin ölümünə səbəb olan hücumda ağır yaralandığı bildirilir. Diplomatik qeyddə deyilir: "Mütəba Xameneinin vəziyyəti ağırdır. Qumda müalicə alır və rejimin heç bir qərar qəbuletmə prosesində iştirak edə bilmir".
Həmçinin iddia edilir ki, ABŞ və İsrail kəşfiyyat agentlikləri Müctəba Xameneinin harada olduğunu bir müddətdir bilirlər.
Tahir TAĞIYEV