İsrailin İstanbuldakı Baş konsulluğunun da yerləşdiyi binanın qarşısında silahlı insident baş verib. Məlumata görə, əraziyə gələn silahlılar İsrail konsulluğunun qarşısındakı polislərə atəş açıblar.
Şəhərin Levent bölgəsində baş verən qarçıdurma təxminən 5 dəqiqə davam edib, polisə atəş açan 3 şübhəlidən biri öldürülüb, ikisi isə yaxalanıb. İki polis əməkdaşı isə yaralanıb.
Türkiyənin ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı istintaqın başladıldığını açıqlayıb.
Tahir TAĞIYEV