Pentaqon hücum edə biləcəyi İran enerji obyektlərinin siyahısını genişləndirir.
Bu barədə Politico" xəbər verir.
Müdafiə Nazirliyinin iki rəsmisinin sözlərinə istinad edən nəşr yazır ki, siyahıya həm mülki şəxsləri, həm də hərbçiləri yanacaq və elektrik enerjisi ilə təmin edən obyektlər daxil ola bilər.
Öz növbəsində, Amerika-İslam Münasibətləri Şurası öz bəyanatında Trampın infrastruktura hücum təhdidlərini "ehtiyatsız, təhlükəli və insan həyatına laqeydlik və dini inanclara hörmətsizlik nümayiş etdirən düşüncə tərzinin göstəricisi" kimi pisləyib.
SAMİRƏ