ABŞ prezidenti Donald Tramp NATO ilə vidalaşmaq qərarının ABŞ-ın Qrenlandiyanı idarə etmək planlarına alyansın reaksiyası ilə bağlı olduğunu vurğulayıb.
RİA Novosti-nin xəbərinə görə, Amerika lideri bildirib ki, ABŞ-ın NATO müttəfiqlərinin köməyinə ehtiyacı yoxdur. Onun sözlərinə görə, alyans ölkələri nəinki Vaşinqtona kömək etməyib, hətta ona mane olmağa çalışıblar.
"Hər şey, əgər həqiqəti istəyirsinizsə, Qrenlandiya ilə başladı. Biz Qrenlandiyanı istəyirik. Onlar onu bizə vermək istəmirlər. Mən də "Əlvida”dedim", - deyə Tramp jurnalistlərə bildirib.
Bundan əlavə, o, NATO ölkələrinin İranla münaqişədə ABŞ-a kömək etməkdən çəkindiyini xatırladıb. "Bizə uçuş-enmə zolaqları belə vermək istəmirdilər", - deyə ABŞ prezidenti bildirib.
SAMİRƏ