İranın Zimbabvedəki səfirliyi ABŞ prezidenti Donald Trampın İslam Respublikasına qarşı "cəhənnəm atəşi açmaq" təhdidinə istehzalı şəkildə cavab verib.
"Saat 20:00 çox uyğun vaxt deyil. Zəhmət olmasa, saatı 13:00 ilə 14:00 arasında, yaxud mümkünsə, 1:00 ilə 2:00 arasında dəyişə bilərsinizmi? Bu vacib məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - deyə səfirliyin X. sosial media paylaşımında yazılıb. Qeyd edək ki, səfirlik ABŞ Prezidentinin Hörmüz tələbinə də oxşar reaksiyası ilə gündəmə gəlib. Belə ki, “Hörmüzü dərhal açın” tələbinə “Açarları itirmişik” sözləri ilə cavab verib.
SAMİRƏ