Macarıstan ordusu ölkə ərazisindən keçən “Türk Axını” qaz boru kəmərinin bir hissəsini qoruyacaq.
Macarıstanın xarici işlər naziri Peter Sijjarto bu barədə 6 aprel Bazar ertəsi günü Facebook-da məlumat verib. Qərar Serbiyada Macarıstana aparan qaz boru kəmərinin yaxınlığında partlayıcı qurğu aşkar edildikdən bir gün sonra verilib.
Sijjarto qeyd edib ki, Macarıstan, Rusiya, Serbiya və Türkiyə boru kəmərini qorumaq üçün tədbirlər görmək barədə razılığa gəliblər. Macarıstanın müdafiə naziri Kristof Szalaj-Bobrovniçki vurğulayıb ki, boru kəməri hissəsinin təhlükəsizliyi "hava patrulları və yerüstü iştirak vasitəsilə" gücləndirilib.
Qeyd edək ki, aprelin 5-də Rusiya qazını Macarıstana və digər ölkələrə çatdıran boru kəmərinin yaxınlığında güclü partlayıcı qurğu və lazımi detonatorlar aşkar edilib.
SAMİRƏ