Tehran administrasiyası ABŞ-ın vasitəçi ölkələr vasitəsilə təqdim etdiyi müvəqqəti atəşkəs təklifini rədd edib. İran administrasiyası ABŞ-a Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üçün protokollar da daxil olmaqla 10 şərt irəli sürüb.
İranın rəsmi xəbər agentliyi İRNA, Tehranın ABŞ-ın Pakistan vasitəsilə müharibəyə son qoymaq təklifinə cavab verdiyini açıqlayıb.
İRNA-nın məlumatına görə, İran mövcud şərtlər daxilində atəşkəsi qəbul etmədiyini bildirib. Tehran administrasiyası hesab edir ki, müvəqqəti həll yolları axtarmaq əvəzinə, tələblər yerinə yetirilməli və müharibə birdəfəlik bitirilməlidir.
İranın cavabındakı əsas məqamlardan biri Hörmüz boğazı ilə bağlıdır. Tehran, regiondakı münaqişələrə son qoymaqla birlikdə boğazdan təhlükəsiz keçidi təmin zəmanət altına alacaq protokol tələb edir.
İRNA-nın məlumatına görə, İranın tələbləri arasında "iqtisadi sanksiyaların ləğvi" və "müharibədən sonrakı yenidənqurma prosesinə dəstək" də yer alır. İranın mesajında tələblərinə hörmət edilməsinin vacibliyi vurğulanıb və həllin bu çərçivədə mümkün ola biləcəyi vurğulanıb.
“Axios”un məlumatına görə, bir ABŞ rəsmisi İranın müharibəyə son qoymaqla bağlı 10 bəndlik cavab göndərdiyini bildirib. ABŞ rəsmisi bu cavabın "maksimalist" olduğunu və diplomatik həll yolunda irəliləyişə imkan tanıyıb-tanımayacağının bəlli olmadığını bildirib.
Tahir TAĞIYEV