Hörmüz boğazı yaxınlığında Rusiya nüvə sualtı qayığının yerləşdirildiyi təsdiqlənib. Sosial mediada yayılan məlumatlara görə, Moskva İrana dəstək məqsədilə altı sualtı qayığı, o cümlədən iki nüvə enerjisi ilə işləyən sualtı qayığı, Hörmüz boğazına göndərib. Məlumata görə, bu sualtı qayıqların əsas missiyası ABŞ və İsrailin blokadanı pozmasının və ya İran sahillərinə yaxınlaşmasının qarşısını almaqdır. Ekspertlər bildirirlər ki, bu hərbi yerləşdirmə Qərbə güclü siyasi mesajdır və İrana qarşı hər hansı böyük eskalasiyanın Rusiyanı da birbaşa əhatə edə biləcəyini göstərir.
İRADƏ