İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat rəisi Məcid Xadimi bazar ertəsi günü ABŞ və İsrailin zərbələri nəticəsində öldürülüb. Bununla bağlı, “Tasnim News” agentliyi məlumat yayıb. Bildirilib ki, o, səhər saatlarında ABŞ və İsrailin hava hücumları nəticəsində həlak olub. SEPAH generalın ölümü ilə bağlı bəyanat yayaraq qeyd edib ki, “o, uzun illər kəşfiyyat və təhlükəsizlik sahələrində geniş fəaliyyət göstərib”.
SAMİRƏ