ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki silahlandırma fəaliyyətləri ilə bağlı mübahisələrə səbəb ola biləcək açıqlamalar verib. Tramp İrandakı etirazçılara və bölgədəki kürd qruplarına çoxlu sayda silah göndərdiklərini etiraf edib.
"İranda etirazçılara çoxlu silah göndərdik, kürdlərə də silah göndərdik. Düşünürəm ki, kürdlər onları əllərində saxlayıblar” – deyə ABŞ Prezidenti bildirib.
Trampın bəhs etdiyi silah göndərişləri, xüsusən də Şimali Suriya və İraqdakı PKK/YPG terror təşkilatı ilə əlaqəli qruplara Amerika dəstəyini yenidən diqqət mərkəzinə gətirib. Trampın silah daşınması ilə bağlı açıqlamaları Ankarada da diqqətlə izlənilir.
Türkiyə, sərhəd təhlükəsizliyini təhdid edən bu silah siyasətinə uzun müddətdir qarşı çıxır. Ankara hər fürsətdə beynəlxalq ictimaiyyətə müttəfiq ölkələrin bölgədəki qruplara verdiyi hərbi texnikanın birbaşa Türkiyənin milli təhlükəsizliyini hədəf aldığını bildirir.
Bəyanatın İranla bağlı bir məqam da regional gərginliyi artırma potensialına malikdir. Trampın Tehran rejiminə qarşı küçələrə çıxan etirazçıları silahlandırdıqlarını təsdiqləməsi Vaşinqtonla Tehran arasında gizli əməliyyatların miqyasını ortaya qoyur.
Məlumdur ki, ABŞ administrasiyaları keçmişdə İŞİD-lə mübarizə bəhanəsi ilə Suriyadakı YPG terror təşkilatına minlərlə yük maşını ilə silah və sursat göndərib. Trampın son etirafı bölgədə silah qaçaqmalçılığının və proxy müharibələrinin miqyasını bir daha təsdiqləyir.
Tahir TAĞIYEV