Türkiyə Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını tələb etdi

İyunun 1-də Türkiyənin İğdır şəhərində ətraf mühit və insan haqları məsələləri ilə məşğul olan 33 təşkilat Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması tələbi ilə aksiya keçirib.Mitinq iştirakçıları qeyd ediblər ki, Metsamor AES-in istismar müddətinin 2025-ci ildə başa çatmasına baxmayaraq, o, fəaliyyətini davam etdirir. Mersin Təbiət və Ətraf Mühit Dərnəyinin sədri Səbahət Aslan Metsamor AES-in xüsusilə İğdır vilayətində ətraf mühitə və insan sağlamlığına son dərəcə mənfi təsir göstərdiyini bildirib. "Metsamor AES dünyanın ən riskli atom elektrik stansiyalarından biridir.
Xüsusilə İğdır vilayətində ətraf mühitə və insan sağlamlığına son dərəcə mənfi təsir göstərir. Atom elektrik stansiyaları ilə məşğul olan bütün beynəlxalq təşkilatlara və Ermənistan hökumətinə müraciət edirik: Ermənistan Çernobıl və Fukuşimaya çevrilməmiş Metsamor AES-i bağlayın. Ölkəmizin müvafiq qurumları stansiya bağlanana qədər mübarizəni davam etdirməlidir".
Surxay Əliyev